“Qolos Ukrainı” portalı “Qara Yanvar”ın 25-ci ildönümünə həsr olunan məqalə yerləşdirib

“Qolos Ukrainı” portalı “Qara Yanvar”ın 25-ci ildönümünə həsr olunan məqalə yerləşdirib
16:43 21 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 21 yanvar, AzərTAc
Yanvarın 20-də “Qolos Ukrainı” informasiya portalı - Ukrayna Ali Radasının eyniadlı qəzetinin elektron versiyası hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukrayna Jurnalistlər Birliyinin üzvü Arif Quliyevin “20 yanvar – Azərbaycanda “Qara yanvar”ın 25 illiyi” sərlövhəli geniş məqaləsini dərc edib.
Müəllif yazır ki, Bakıda 1990-cı ilin qanlı yanvar hadisələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, humanizm və şəxsiyyət azadlığına qarşı yönələn və cəzasız qalan cinayətdir.
Professor məqaləsində məhz bu faciənin gələcəkdə belə cinayətlərin qarşısının alınması üçün xəbərdarlıq olduğunu qeyd edərək Azərbaycanda Qanlı Yanvarın səbəblərini, nəticələrini, təşkilatçılarının və əsas icraçılarının adlarını sadalayır.
Məqalədə deyilir ki, Azərbaycanın, həm də Sovet İttifaqının
vətəndaşları olan bu insanlar dövlətin başçısı Mixail Qorbaçovun əmrini icra edən sovet ordusu tərəfindən təcavüzün qurbanı oldular. Bakıda yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının dinc sakinlərə qəddarlıqla tutduqları divanın misli-bərabəri olmayıb. İnsanlar başa düşmürdülər ki, dövlət özünün dinc vətəndaşlarını necə güllələyə bilər.
Məqalə müəllifi Ukrayna ictimaiyyətinə çatdırır ki, hadisədən 25 il keçəndən sonra belə SSRİ və Azərbaycan SSR-in yüksək vəzifəli partiya liderləri baş vermiş hadisələrə görə məsuliyyət daşımayıblar.
Materialın yekun hissəsində yazılıb: “Hətta indi, 25 il keçdikdən sonra dünya bu faciəni faktiki olaraq unudub, ictimai fikirdə Bakıda baş verənlərə birmənalı qiymət, tam aydınlıq və hüquqi cavab yoxdur, hərçənd yeni faktlar və həqiqi informasiyanın üzə çıxması nəticəsində çox şey tədricən aydınlaşmağa başlayır”.
Məqalənin tam mətni ilə aşağıda linkdə tanış olmaq mümkündür: http://golosukraine.com/publication/kultura/istoriya/36709-20-yanvarya-25-let-chernogo-yanvarya-v-azerbajdzha/#.VL6AaiySLKQ

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qolos_Ukraini_portali_Qara_Yanvarin_25_ci_ildonumune_hesr_olunan_meqale_yerlesdirib-826412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR