Lavrov: Avropa təhlükədədir

Lavrov: Avropa təhlükədədir
22:06 25 Dekabr 2014
108 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın NATO-ya qoşulmaq cəhdləri təhlükəlidir, nəinki Ukrayna xalqı, həm də Avropa üçün təhlükəlidir.

ANS PRESS-in məlumatına görə, bunu dövlət televiziyası ilə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Qərb Kiyevin NATO-ya qoşulmaq istəməsindən Rusiya ilə tam qarşıdurmaya getmək üçün istifadə edir.

Bu gün xarici işlər nazirliyinin sözçüsü Lukaşeviç bildirib ki, NATO-nun şərqə doğru genişlənməsinə Rusiya adekvat cavab verməli olacaq.

Qeyd edək ki, dekabrın 23-də Ukrayna blokdan kənar statusunu ləğv edərək NATO-ya qoşulmağı qarşısına məqsəd qoyub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR