AMEA İctimai və Humanitar Elmlər Bölməsi iki hissəyə ayrılacaq

AMEA İctimai və Humanitar Elmlər Bölməsi iki hissəyə ayrılacaq
16:44 21 Yanvar 2015
194 Sosial
Ölkə mətbuatı
A- A+

 


“Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin Aparatı adlandırılacaq”. Lent.az-ın məlumatına görə, bu barədə Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli bildirib. O qeyd edib ki, akademiyanın Rəyasət Heyətindən başqa onun institutlarında aparat strukturu yoxdur. “Belə olan halda AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin Aparatı adlandırılması daha doğrudur”.

 

Bundan başqa, AMEA Rəyasət Heyəti Aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin Nizamnamə və Əsasnamələrinin dəyişdirilməsi qərara alınıb. AMEA prezidenti, akademik Akif Əlizadə institutların yeni nizamnamələrinin hazırlanması ilə bağlı tapşırıq verib: “Həmin nizamnamələr təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndəriləcək”.

Akademik İ.Həbibbəyli bildirib ki, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsi iki hissəyə ayrılacaq. Onun sözlərinə görə, bundan sonra bu bölmələrə hansı institutların daxil ediləcəyi müəyyənləşdirilməlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR