Ölkədə quşçuluq sənayesinin iflasa uğrama təhlükəsi var

Ölkədə quşçuluq sənayesinin iflasa uğrama təhlükəsi var
16:47 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycana yumurta idxalı artırılıb. Daha çox yumurta alınan ölkə isə Türkiyədir. Bəs buna səbəb nədir? Bir halda ki, bizim yerli təsərrüfatımız var, o zaman nə üçün yumurta ixrac edən deyil, idxal edən ölkəyə çevrilməliyik?!

Kəpəz TV-nin (Region TV) xəbər verir ki, ötən ilin statistik məlumatlarına görə, Türkiyənin ən çox yumurta ixrac etdiyi ölkələr sırasında Azərbaycanın yeri dördüncüdür. Lakin söhbət damazlıq yumurtadan gedir. Ölkəmizdə lazımi səviyyədə damazlıq təsərrüfatı yoxdur. Mütəxəssislərin fikrincə, belə davam etsə, quşçuluq sənayesi iflasa uğraya bilər.

Mahir Hacıyev, Ümumdünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan bölməsinin direktoru: “Final hibriddən damazlıq sürü yaratmaq olmaz. Lakin bu gün respublikada əksər damazlıqlar final hibriddən yaradılır. Çarpazlaşma üsulu ilə yerli şəraitə uyğunlaşdırılan kroslar alınmalıdır. Elmi cəhətdən onlar əsaslanmalıdır. Əgər biz yerli cinslərdən istifadə ediriksə, yeni krosların alınmasına nail olarıqsa, o zaman ölkəyə başqa yerdən yumurta gətirməyə ehtiyac olmaz”.

Qərb regionunda damazlıq yumurta istiqamətli Şəmkir quşçuluq təsərrüfatı var. Buraya 60, 120 gün ərzində yetişdirilən quşlar gətirilir. Samux quşçuluq təsərrüfatında isə ros 308, kob 500, broyler kimi kroslar olur. Nəticə etibarı ilə yerli damazlıq yumurtalar yetişdirmədiyimizdən, xaricdən idxala ehtiyacımız var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR