“Məlikməmməd və sehrli almalar”tamaşası balaca üçün hazırlanır

“Məlikməmməd və sehrli almalar”tamaşası balaca üçün hazırlanır
16:48 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir uşaq tamaşasının məşqlərinə başlanılıb. Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilən tamaşa “Məlikməmməd və sehrli almalar” adlanır.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşanın martın 12-də nümayiş etdirilməsi nəzərdə tutulur.
Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva və başqaları ifa edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Melikmemmed_ve_sehrli_almalartamasasi_balaca_uchun_hazirlanir-826416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR