“Həyat yoldaşım dedi ki, sənəti at” – xalq artisti

“Həyat yoldaşım dedi ki, sənəti at” – xalq artisti
16:51 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Mələkxanım Əyyubova sevgi əsasında ailə qurmağın tərəfdarıdır.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinin qonağı olan xanəndə yeni ailə quranda həyat yoldaşının istəyi ilə sənəti atdığını etiraf edib:

“Ailə sevgi ilə qurulmalıdır. Yalnız o zaman iki insan ömrünün axırına kimi bir yerdə yaşayacaq. Həyatın keşməkeşli yolları var. Məhəbbət olanda buna qalib gəlirlər. Sevgisiz evlənəndə isə ani bir çətinliyə də dözülmür. Əvvəlki dövrlərdə gənclər valideynlərin razılığı ilə ailə qururdular. İndiki evliliklər isə məqsədlidir. Ona görə də ayrılıqlar çoxalıb. Mən ailə quranda həyat yoldaşım dedi ki, sənəti at. Razılaşdım... Mənim üçün ailə daha müqəddəsdir. Sevdiyim insan bilməlidir ki, onun üçün hər şeyin üstündən xətt çəkərəm. Sonra gördü ki, mənim səsim var, dedi get oxu. Əgər mən desəydim yox, sənətsiz olmaz, onda o qısqanıb, məni heç vaxt oxumağa qoymazdı”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR