Azərbaycanda kürəkən qayınatasını və qaynını bıçaqladı (VİDEO)

Azərbaycanda kürəkən qayınatasını və qaynını bıçaqladı (VİDEO)
16:51 21 Yanvar 2015
223 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncədə kürəkən qayınatası və qaynını bıçaqlayıb. ANS TV-nin məlumatına görə, Gəncə şəhər sakini, İnqilab Rəhimov qohumları ilə aralarında yaranan mübahisə zamanı qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qaynı, 22 yaşlı Təbriz Abbasova xəsarət yetirib.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildirirlər.

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğuna görə, övladlarını öz evlərinə gətirib. Barışmaq üçün qayınatasıgilə gedən İnqilab Rəhimov isə mübahisə edib. Bundan sonra o bıçağa əl atıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.



Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR