Zahid Oruc: "Hamımızın içində bir İŞİD var!"

Zahid Oruc: "Hamımızın içində bir İŞİD var!"
16:51 21 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin üzvü Zahid Oruc dünyada baş verən hadisələrlə bağlı maraqlı fikirlərini hər kəslə paylaşıb.

ANS PRESS-in məlumatına görə, deputat bu fikirləri "Qaçan sətirlər" adı ilə təqdim edib:

-Sayın Ərdoğan prezident sarayında ölkə başçılarını 16 türk dövlətinin əskəri ilə qarşılayandan sonra dünyaya bəyan edəcək ki,Sultanlıq qurulub və onun ordusu hamını qoruya bilər!

-Əhməd Davutoğlunun Hrant Dink ailəsinə müraciəti bir erməni başının sağlığına 75 milyonluq türkün başı ilə cavab verməsidir?!

-Con Kerri keçmişdə Sovet rəhbərinə Qarabağı ermənilərə verməyi xahiş edib. İndi İttifaqı dağılmış Qorbaçov ABŞ dövlət katibinə müraciət edib ki, bunu niyə etmək olmaz?!

-Ermənistanın ürəyi Rusiyanın,beyni Amerikanın.bədəni isə Türkiyənin yanındadır!

-Rus əskəri Permyakovun mühakiməsi 200 illik erməni siyasətinin Gümrüdə qurulan məhkəməsidir!

-Rusiyadan Türkiyəyə təkcə qaz deyil,həm də rus qadınlarının kütləvi ixracı sübut edir ki, 21-ci əsr əsil “türk axını” ili olacaq!

-Gürcülər Donbasda ruslara qarşı vuruşub Abxaziyanı və Osetiyanı azad edəcək Ukrayna əskərlərinə nümunə göstərirlər!

-Qanlı gülüşlü “Şarli”nin karikaturaları söz azadlığının simvoludursa, terror qurbanlarını kanonlaşdıranların ölənlərdən Allah düzəltməsi ən böyük karikaturadır!

-Qələm silaha çevriləndə öz müqəddəsliyini itirir!

-İki müsəlmanın əməlini yox,dinini günahlandıran Avropa 17 nəfəri xilas edən islam etiqadlısının qəhrəmanlağını hansı peyğəmbərin ayağına yazmaq haqqında fikirləşir!

-Berlin divarları sökülsə də,dünyadakı dini-irqi-milli-sosial ayrıseçkiliklərdən hörülən Çin səddi hər gün daha da möhkəmlənir!

-Yunanların pulu bitibsə, qədim Allahların bu filosoflar yurduna qəzəbi tutubdur,demək!

-Qələmi tabuta çevirib çiyinlərinə qaldıran fransalı etirazçılar-ölüm fərmanlarını imzalayan qələmləri ayaqlarınız altına atacağınız günü gözləyirik!

-Xalq 20 yanvarda ölüb 21-də dirilirsə,deməli,bir millətin dünyaya gəlişi və gedişi eyni günə düşür!

-Sovetlər Birliyinin 90 yaşlı müdafiə naziri Dmitri Yazov məhkəmədən qorxur.İndi siz deyin,şəhidlər uzunömürlüdür,yoxsa hər gün ölüb-dirilən Yazov!

-Torpaq uğrunda ölənlərdən daha çox şəhid verdiyimiz qərənfil gülləridir və ölkə onları əbədi olaraq Xiyabanda əkib-dərib dəfn edir!

-Hamımızın içində bir İŞİD var!

-Var-dövlət naminə aparılan savaş,torpaq uğrunda mübarizədən daha amansız olub həmişə!

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR