Nardaranda etiraz aksiyası keçirilib

16:52 21 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:47 ]

Bakı. Etibar Məmmədov - APA. Bun gün Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib.

APA-nın məlumatına görə, aksiyada bir sıra nüfuzlu jurnalların İslam peyğəmbərinin karikaturalarını dərc etməsinə etiraz bildirilib.

 

Aksiya iştirakçıları buna şərait yaradan dövlətlərin ABŞ, Fransa, İsrail və Ermənistan olduğunu bəyan edərək, bu ölkələrin bayrağını yandırıblar.

 

Aksiya iştirakçıları “Fransa islamdan qorxur”, “İslam terror dini deyil” və digər şüarlar yazılmış plakatlar qaldırıblar.

 

Çıxış edənlər Qərbi İslam dininə hörmət etməyə, müsəlmanların inanclarını təhqir etməməyə çağırıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR