AMEA-nın 70 illik yubileyi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

16:52 21 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:46 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi edilib.

 

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin iclasında bu tələblərin yerinə yetirilməsi məqsədilə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinin AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsi adlandırılması qərara alınıb.

 

AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib. AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin əsasnaməsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək tapşırılıb.


AMEA Rəyasət Heyətinin bugünkü iclasında həmçinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb və tərkibi təsdiq olunub. Yubileylə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etmək üçün AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrliyi ilə İşçi Qrupun yaradılması qərara alınıb. R.Əliquliyevə yubileylə əlaqədar tədbirlərin icrası ilə bağlı təklifləri hazırlayaraq AMEA prezidentinə təqdim etmək tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR