Lənkəranda iki nəfər dərmandan zəhərlənib

22:12 25 Dekabr 2014
62 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 22:06 ]

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfər dərmandan zəhərlənib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Məlumata görə, dekabrın 25-də şəhər sakinləri, 1977-ci il təvəllüdlü Sevinc Məhərrəm qızı Əhmədova və 1982-ci il təvəllüdlü Sara Sərhəd qızı Mehdizadə halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olublar. Həkimlərin müayinəsindən sonra onların hər ikisinin dərmandan zəhərləndiyi məlum olub. Xəstələrə müvafiq tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin stabil olduğu bildirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR