Nardaranda aksiya keçirilib

Nardaranda aksiya keçirilib
16:56 21 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada Məhəmməd Peyğəmbərin karikaturalarını çap edilməsini pisləmək məqsədilə Bakının Nardarand kəndində etiraz aksiyası keçirilib. İştirakçılar bu adıımı atanlara lənət oxuyub, bunu İslama qarşı haqsızlıq kimi qiymətləndiriblər.

ANS PRESS-in Azadlıq Radiosu-na istinadla verdiyi məlumata görə, aksiyaya qatılan kənd sakinlərinin əllərində “İslam sahibsiz deyil”, “Peyğəmbəri sevirik” şüarları tutublar.

Bildirək ki, bu il yanvarın 7-də Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını çap edən Fransanın "Charlie Hebdo" satirik həftəlik jurnalının redaksiyasına silahlı hücum edilib. Hadisə zamanı jurnalın 12 əməkdaşı qətlə yetirilib. Bu hücumda şübhəli bilinən Charif və Said Kouachi qardaşları iki gün sonra polisin keçirdiyi əməliyyat zamanı öldürülüblər.​

Buna baxmayaraq, yanvarın 14-də jurnal növbəti sayında yenə də İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatını əks etdirməklə 4 milyon tirajla 16 dildə buraxıb. Jurnal manifestində faşizm, nasiszm və stalinizmdən sonra islamizmi demokratiyanın əsas təhlükəsi adlandırıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR