Hədəf milyon tondur (VİDEO)

Hədəf milyon tondur (VİDEO)
17:01 21 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

“Neft Daşları”ndan 65 il ərzində 180 milyon ton neft əldə olunub.

ANS TV-nin məlumatına görə, məqsədə çatmaq üçün artıq yeni quyuların axtarışına da başlanıb. Neftlə birlikdə xəzərin dibindən bu illər ərzində 13 milyard kubmetr qaz da hasil olunub. Neft-qaz itehsalat şöbəsindən bildirilir ki, "qara qızıl"ın çıxarılmasına görə, geridə qoyduğumuz 2014-cü ili uğurlu hesab etmək olar. Çünki il başlayarkən qarşıya qoyulan plan tam yerinə yetirilib və il ərzində 931 min ton neft hasil olunub. İndi neftçilərin əsas məqsədi neft daşlarında "qara qızıl"ın hasilatını 1 milyon tona çatdırmaqdır.

İstehsalat şöbəsinin rəisi Zabit Əhmədov deyir ki, 2015-ci ildə isə neft təhvili planı 949 min tondur. Bu il 2014-cü ildə müqayisədə 19 min ton çoxdur. O buna baxayaraq verilmiş planın yerinə yetirilməsi üçün mütəxəssislərin iştirakı ilə tədbirlər planın hazırlandığını açıqladı.

Hazırda “Neft Daşları”nda 438 quyudan gün ərzində 2600 ton neft çıxarılır. Bu göstəricini artırmaq üçün hazırda illərdir istismarı dayanmış neft quyuları yenidən itsifadə üçün hazırlanır. Bundan başqa geoloqlar yeni quyuların axtarışlarını da davam etdirir.

Mənbə
ANS TV, Natiq Nailəoğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR