Azərbaycanda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları başqa maşında aşkar edilib

17:02 21 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:59 ]

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları başqa maşında aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Pərviz Babayevə məxsus BMW markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib.

 

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb, onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilib.

 

Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin İsveçrə və Birləşmiş Ərəb Əmirliklərinə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

 

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.  

 

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR