"ABŞ və Aİ Dağlıq Qarabağ münaqişəsini nizamlamalıdırlar"

"ABŞ və Aİ Dağlıq Qarabağ münaqişəsini nizamlamalıdırlar"
17:05 21 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yetərincə müdaxilə etməməsi Rusiyanın regiona təsirinin güclənməsinə gətirib çıxarır".

Bu barədə Trend-ə Vaşinqtondakı Ceymstaun Fondunun Yaxın Şərq İnstitutunun baş elmi əməkdaşı Aleks Vatanka deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları regionda Rusiyanın geosiyasi maraqlarına və onun Ermənistana himayədar münasibətinə qurban verilib.

Ekspert hesab edir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gətirib çıxara biləcək danışıqlarda irəliləyişə nail olmaq tapşırığının öhdəsindən gələ bilmir.

Vatankanın sözlərinə görə, iş Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların formatında deyil, danışıqlarda fəal iştirak etməklə ABŞ və Aİ-nin istənilən halda onu nizamlamasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR