Gümrü cinayəti üzrə qərarı Rusiya məhkəməsi çıxaracaq

17:08 21 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Gümrüdə bir ailənin qətlə yetirilməsi işi üzrə qərarı Rusiya məhkəməsi çıxaracaq. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.

Bundan əvvəl RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Gümridə bir ailənin qətlə yetirilməsində günahlandırılan şəxsin işi üzrə açıq məhkəmənin Ermənistanda keçiriləcəyini bəyan etmişdi.

D.Peskov qeyd edib ki, Rusiya Ermənistanla tam qarşılıqlı anlaşmaya nail olub və Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırmada Rusiyanın strukturlarının köməyinin necə olacağı barədə dəqiq təsəvvür var.

Peskov Ermənistanın “Qala TV” telekanalına bildirib: "Bir halda ki, o Rusiya vətəndaşıdır, təbii ki, bu, Rusiya Federasiyasının qanunlarıdır, bu, Rusiya məhkəməsi olacaq, amma burada qeyd etmək əhəmiyyətlidir ki, bu günlərdə Gümrüdə Rusiya İstintaq Komitəsinin rəhbəri işləyir və Prezidentin tapşırığı ilə erməni müstəntiqlərlə birgə çalışır. Onlar istintaqın işində iştirak edirlər və buna görə istintaq birgə aparılır. Amma məhkəmə Rusiyada olacaq və belə dəhşətli cinayətə görə indiki halda Rusiya qanunvericiliyi tamamilə amansızdır".

Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR