Moskvaya getmək istəyən "qanuni oğru" ələ keçdi (FOTO)

Moskvaya getmək istəyən "qanuni oğru" ələ keçdi (FOTO)
17:11 21 Yanvar 2015
319 Sosial
Ölkə mətbuatı
A- A+

Daha bir "qanuni oğru"nun Moskvaya girişinin qarşısı alınıb.

ANS PRESS-in məlumatına görə, 16 yanvarda Saloniki aeroportunda 40 yaşlı gürcü saxlanılıb. Kriminal aləmdə Tbilisi Zviadı kimi tanınan Zviad Papiaşvili əməliyyat zamanı ələ keçirilib.

Məlum olub ki, saxlanılan şəxs Macarıstan vətəndaşının saxta pasportundan istifadə edərək Moskvaya uçmağa çalışıb.

Məlumatlara görə, 17 yanvar tarixində "qanuni oğru" hakim qarşısına çıxarılıb. Hakim Papiaşvili qarşı heç bir güzəşt göstərməyib. Qanun pozuntusuna görə, Zviada 5 il həbs cəzası verilib.

Xatırladaq ki, Yeni ilin ərəfəsində başqa bir gürcü oğru saxlanılıb. Yunanıstanda yaşayan Raça ləqəbi Laşa Djeladze Moskvaya səfər edərkən Belarusiya qanun qoruyucuları tərəfindən ələ keçirilib. Nəticədə "qanuni oğru"nun Moskvaya səfəri yarımçıq qalıb.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR