“DəmirTaksit” istifadəçiləri mükafatlandırılıb - FOTO

“DəmirTaksit” istifadəçiləri mükafatlandırılıb - FOTO
17:12 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:08 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “DəmirTaksit” kartı üzrə keçirdiyi “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan müştərilərini mükafatlandırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, qaliblərə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və  mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr  təqdim edilib.

 

Qeyd edək ki, dekabrın 1-dən 27-dək keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub. Qaliblərin mükafatlandırılması isə mərhələli şəkildə davam etdirilir.

 

33 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR