“Azercell”in təqaüdçüsü adını qazanan beş tələbə 200 manat məbləğində aylıq təqaüd alacaq

“Azercell”in təqaüdçüsü adını qazanan beş tələbə 200 manat məbləğində aylıq təqaüd alacaq
17:13 21 Yanvar 2015
309 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
“Azercell Telekom”un reallaşdırdığı “Bölgə” tələbə proqramının qalibləri artıq müəyyən olunub.
Şirkətdən AzərTAc-a bildirlib ki, proqramın mərhələli seçimləri nəticəsində “Azercell”in təqaüdçüsü adını qazanan beş tələbə ali təhsillərinin sonunadək şirkət tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq. Bundan əlavə, tələbələr telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin tələbələri yer alıb.
Tələbə proqramı 2008-ci ildən hər tədris ilində təqdim olunur. Naxçıvan və Lənkəran Dövlət universitetlərində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə “Bölgə” tələbə proqramına qatılmaq imkanı yaradılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercellin_teqaudchusu_adini_qazanan_bes_telebe_200_manat_mebleginde_ayliq_teqaud_alacaq-826421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR