Qız doğan arvadını vəhşiçəsinə öldürdü

Qız doğan arvadını vəhşiçəsinə öldürdü
17:21 21 Yanvar 2015
253 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə qız doğan həyat yoldaşını öldürən kişi məhkəmə qarşısına çıxarılıb. ANS PRESS-in məlumatına görə, 29 yaşlı Veysi Turan 33 yaşlı həyat yoldaşını öldürdüyü üçün ömürlük azadlıqdan məhrum edilib.

Gənc kişi arvadını elektrik verərək qətlə yetirmişdi.

Qadının öldürülməsinə səbəb isə onun ikinci dəfə qız uşağı dünyaya gətirməsi olub. Belə ki, 4 yaşlı övladı olan Mübarək Turan adlı qadın 2014-cü ildə ikinci qızını dünyaya gətirib. Doğuşdan bir necə gün sonra Veysi arvadını və qızını evə gətirib. Gecə onlar yatanda isə əvvəlcədən hazırladığı elektrik naqillərinin bir ucunu cərəyana qoşub, digər ucunu isə həyat yoldaşının gicgahına tutub. Qadın elə yuxudaca elektrik vurması nəticəsində keçinib.

Hadisəsdən sonra ofisant işləyən kişi polisə zəng edərək törətdiyi hadisə barədə məlumat verib.

Ölən qadının yaxınlarının sözlərinə görə, vəhşi cinayətə qız uşağının doğulması səbəb olub. "O, qızı olacağını biləndə bacımı təpikləyərək döymüşdü. Veysi oğlan uşaq istədiyi üçün hətta qızına ad seçimində iştirak etməmişdi".
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR