Şahdağ Qış-Yay Turizm Kompleksində “Red Bull Shakh Carpet” idman yarışı keçiriləcəkdir

Şahdağ Qış-Yay Turizm Kompleksində “Red Bull Shakh Carpet” idman yarışı keçiriləcəkdir
17:28 21 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Fevralın 8-də Şahdağ Qış-Yay Turizm Kompleksində artıq ikinci dəfədir ki, “Red Bull Shakh Carpet” idman yarışı keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, “Xalçaların Şahı” adlanan müsabiqənin mahiyyəti ondan ibarətdir ki, maskarad kostyumu geyinmiş iştirakçılar, dağdan eniş üçün istənilən qurğularla, 80 metr uzunluğu və sonu 80 santimetr kiçik tramplin hündürlüyündən ibarət olan məsafəni qətt edirlər və sonda soyuq suyla dolu hovuza enirlər. Ən maraqlısı odur ki, nəqliyyat vasitəsində, iştirakçıların müsabiqə üçün xüsusi olaraq yaratdıqları əsas element – xalçadır.
Qeydiyyatdan keçmək üçün iştirakçılar komandanın yaradıcı konsepsiyasını fikirləşməli, xalçanın köməyi ilə sürüşmə üçün qurğunu düzəltməli, orijinal ad fikirləşməli və uyğun olan şən kostyumları hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün 20 ən yaradıcı komanda seçiləcək. Hal-hazırda artıq 15 komanda qeydə alınmışdır.
Münsiflər heyətinin üzvləri qalibləri üç meyar üzrə müəyyən edəcəklər: ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı simpatiyası.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR