Azərbaycanda avtobus sürücülərinə görə qanun dəyişir - YENİLİK

Azərbaycanda avtobus sürücülərinə görə qanun dəyişir - YENİLİK
17:29 21 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda şəhər daxili və yaxud rayon daxili sərnişin avtobusları, firma və şirkət maşınları qayda pozuntusuna görə barələrində dərhal yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görüləcək.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85. 2. 4-cü maddəsinə 13-cü bəndin əlavə edilməsi təklif olunur.

 

Yeni bəndə görə, “ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR