Erməni ordusu vahimədə

Erməni ordusu vahimədə
17:36 21 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın "Qraparak" qəzeti 2015-ci ilin ilk günlərində Ermənistan tərəfinin 8 itki verməsini məğlubiyyət kimi qələmə verib. Məqalədə təmas xəttində gərginliyin artmasının, atəşkəsin pozulmasının Ermənistan üçün böyük təhlükə yaratdığı, Azərbaycan ordusunun gücünü görən İrəvan hakimiyyətinin təlaşa düşdüyü və bunun qorxaqlıq nümunəsi olduğu yazılıb, beynəlxalq təşkilatlar susqunluqda günahlandırılıb.

Ölkənin keçmiş müdafiə nazirinin müavini Vaan Şirxanyan isə Azərbaycanın gücünü açıqca etiraf edib. Beynəlxalq təşkilatların davranışını laqeydlik kimi dəyərləndirməyib. O deyib ki, indi güc nisbəti Azərbaycanın xeyrinədir, onun qarşısında dayanmaq asan olmayacaq. Bir sıra təşkilatların, o cümlədən ATƏT-in Azərbaycana və ya başqa ölkəyə nəzarət etmək imkanı yoxdur. Ona görə də mən beynəlxalq strukturlar tərəfindən bu məsələnin qarşısının alınacağını və gedən proseslərin dayandırılacağını gözləmirəm.

Sərhəddə hökm sürən vəziyyətlə əlaqədar keçmiş nazir müavini təlaşa təslim olmamağı, Azərbaycan tərəfindən atılan addımlara son qoymaq üçün birlik çağrışı edib. V.Şirxanyan belə bir iddia irəli sürüb ki, bütün hadisələrin, vəziyyətin közərdilməsinin, münaqişənin alovlandırılmasının səbəbi bizi "erməni soyqırımı"nın yaxınlaşan ildönümündən yayındırmaq məqsədi daşıyır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR