“İnter” klubunun baş məşqçisi II İlia ilə görüşüb

17:37 21 Yanvar 2015
158 İdman
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:32 ]



Bakı – APA. Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan patriarxı II İlia ilə görüşüb.

 

Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandasının düşərgəsini qısa müddətlik tərk edərək, vətəninə yollanıb.

 

Tiflisdə yerləşən iqamətgahda baş tutan görüşdə patriarx Sxadadzeni Gürcüstan milli komandanın baş məşqçisi təyin olunması münasibətilə təbrik edib. II İlia mütəxəssisə uğurlar arzulayıb, ona xeyir-duasını verib.

 

Qeyd edək ki, 2009-cu ildən "İnter”i çalışdıran Sxadadze qarşılıqlı razılıq əsasında 2015-ci ilin iyun ayınadək həm klub, həm yığmada baş məşqçi kimi fəaliyyət göstərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR