Ulu Öndər 20 Yanvar faciəsinə öz etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi

Ulu Öndər 20 Yanvar faciəsinə öz etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi
17:38 21 Yanvar 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 21 yanvar, Rauf Əliyev, AzərTAc
Sovet imperiyası 1990-cı il yanvarın 19-dan 20-nə keçə gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törətdi.
Həmin çətin günlərdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq yenə xalqının harayına səs verdi. Ulu Öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edi.
AzərTAc xəbər verir ki, bu fikirləri Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tariximiz” mövzusunda tədbirdə çıxış edən kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva səsləndirib.
İlhamə Mustafayeva bildirib ki, 20 Yanvar faciəsinin tariximizdə şərəfli yeri var və illər, əsrlər ötəcək, bu qanlı olayda canlarını qurban vermiş şəhidlərimiz heç zaman unudulmayacaq. Unudulmayan bir tarixi gerçəklik də ondan ibarətdir ki, bu qanlı qırğına siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların ailələrinə və bu qanlı olayda sağlamlıqlarını itirmiş əlillərə dövlət qayğısı Ulu Öndərin daim diqqət mərkəzində olduğu kimi, bu gün Prezident İlham Əliyevin də həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir.
Mərasimdə kollecin müəllimlərindən Rəna Vəliyeva, Arzu Kərimli və başqaları çıxış edərək bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılıb , həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qalıb. Sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirib.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_20_Yanvar_faciesine_oz_etirazini_bildirmekle_sovet_rehberliyinin_cinayetkar_emellerini_ifsa_etdi-826440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR