İranın müdafiə naziri od püskürdü: ABŞ-ın hərbi əməlliyyata başlamağa cəsarəti varsa, hücum etsin

17:43 21 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

"ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlamağa cəsarəti çatırsa, hücum etsin". Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Martin Dempsinin İslam Respublikasına hücum etməyin mümkünlüyü ilə bağlı açıqlamasına cavabında deyib.

H.Dehqan bildirib ki, ABŞ və İsrailin hədələri və hücum planının masa üzərində olması ilə bağlı açıqlamaları boş şeydir: "Əgər hər hansı bir iş görə bilsəydilər, heç şübhəsiz ki, bunu edərdilər".

Suriyada Livanın "Hizbullah" təşkilatının üzvlərinin öldürülməsi ilə əlaqədar keçirilən anım mərasimində çıxış edən H.Dehqan bildirib ki, İranın İsrailə qarşı mövqeyi dəyişməzdir: “İranın sionist rejimə qarşı mövqeyi sabitdir, ona görə ki, müqavimət qüvvələri bu gün bütün müsəlmanların tərəfindən sionistlər və təkfirçilərlə mübarizə aparır. Biz müqavimət qüvvələrini hərtərəfli dəstəkləyəcəyik”.

Qeyd edək ki, yanvarın 18-də İsrail vertolyotları Suriya ərazisində "Hizbullah"ın 6 üzvünü aparan avtomobilə hücum etmişdi. Hücum zamanı "Hizbullah" komandirlərindən olan İmad Muğniyənin oğlu olmaqla 6 nəfər həyatını itirmişdi. Həmçinin hücum zamanı ölənlərin birinin İranın "Sepah" komandirlərindən biri olduğu deyilir.

H.Dehqan İsrailin “Hizbullah”ın üzvlərinə hücumunun cavabsız qalmaycağını bildirib.

İranın müdafiə naziri İordan çayının qərb sahilindəki fələstinlilərin silahlandırılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR