Rus əsgər yoxa çıxıb

Rus əsgər yoxa çıxıb
17:46 21 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə erməni ailəsini qırmış rus əsgər Valeri Permyakov böyük ehtimalla artıq Ermənistanda yoxdur.

ANS PRESS-in məlumatına görə, bu fikir Ermənistanın “Lragir” portalı tərəfindən irəli sürülüb. “Qətldən, demək olar ki, 10 gün keçib. Rusiya tərəfi əmin edir ki, istintaq birgə aparılır, amma erməni müstəntiqlər, nədənsə, müttəhimin yanına buraxılmır”, - deyən portal rus əsgər Ermənistandan aparıldığını ehtimal edir.

Portal erməni deputat Martun Qriqoryanın Valeri Permyakovu öz gözləri ilə görməsi barədə xəbərə də şübhə ilə yanaşır. “O, yalnız qapıdakı deşikdən baxa bilib”, - deyən portal Permyakovun dindirilməsində erməni vəkilin iştirakına da şübhə ilə yanaşdığını vurğulayır.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR