Hərbi məktəbdə ŞOK OLAY: unitazı dili ilə yaladı

Hərbi məktəbdə ŞOK OLAY: unitazı dili ilə yaladı
17:49 21 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Sincan əyalətindəki hərbi kolleclərin birində tükürpədici hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çin ordusunun yüksək rütbəli zabitlərinin kollecə səfəri dəqiqləşəndən sonra hərbi təmayüllü kollecdə yüksək hazırlıq işləri görülüb. Komandanlığın gəlişinə səfərbər olan şəxsi heyət tualet, hamam və yataqxanada təmizlik işləri aparıb. Lakin görülən təmizlik işləri hərbi kollecin çavuşunu qane etməyib və o, görülən işlərin yenidən təkrarlanmasını istəyib. Müəyyən əraziyə cavabdeh olan çavuş bildirib ki, əks təqdirdə onları sərt cəzalandıracaq.

 

Çavuşun bu hikkəsindən narazılıq edən Ho adlı tələbə təmizlik işlərində qüsur olmadığını sübut etmək üçün ilginc yola əl atıb. O, yerə uzanaraq tualtedəki unitazı və kafel döşəməni yalamağa başlayıb. Tələbənin bu hərəkəti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Çavuşun bu qəddarlığından xəbər tutan kollecin rəhbərliyi onu vəzifəsindən uzaqlaşdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR