İnstitut rəhbəri vəzifəsindən azad edildi

İnstitut rəhbəri vəzifəsindən azad edildi
17:49 21 Yanvar 2015
232 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi həyata keçirilib. Lent.az-ın məlumatına görə, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əmirah Məmmədov vəzifəsindən azad edilib. Məlumata görə, AMEA-nın iclasında bildirilib ki, direktor bununla bağlı özü ərizə ilə müraciət edib.

AMEA-nın bugünkü iclasında qərara alınıb ki, texnika elmləri üzrə fəlsəfə doktoru Reyhan Qasımova Akademiyanın Yer Elmləri Bölməsinin elmi katibi təyin edilsin.   

Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Zümrüd Məmmədova AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasova AMEA Dendrologiya İnstitutunun elmi katibi, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədov Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Nailə Mirzəyeva Zoologiya İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva Dilçilik İnstitutunun elmi katibi, Ruslan Kərimov AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR