Elektron Təhlükəsizlik Mərkəzi sadə parollardan istifadə etməməyi tövsiyə edir

Elektron Təhlükəsizlik Mərkəzi sadə parollardan istifadə etməməyi tövsiyə edir
17:53 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) e-poçt və sosial şəbəkə hesablarının oğurlanmasının qarşısını almaq üçün sadə parollardan istifadə etməməyi tövsiyə edir.
Mərkəzdən AzərTAc-a bildirilib ki, “SplashData” tədqiqat şirkətinin məlumatına görə, ötən il ən çox istifadə olunan şifrələrin əksəriyyəti əvvəlki illərdə olduğu kimi son dərəcə sadədir. Bu cür şifrələrdən istifadə nəticəsində milyonlarla istifadəçilərin hesabları bədniyyətlilər tərəfindən ələ keçirilmiş, onların hesab məlumatları oğurlanmışdır.
“123456”, “password” kimi təkrar şifrələrlə yanaşı, “batman”, “superman”, “football” kimi yeni şifrələr də ötən il istifadəçilər tərəfindən üstünlük verilən şifrələr sırasındadır.
Qeyd edilib ki, mürəkkəb və yaddaqalan şifrə qoymaqda çətinlik çəkən istifadəçilər ETM tərəfindən hazırlanan “Çətin və yadda qalan parollar necə qoyulmalı” başlıqlı tövsiyədən istifadə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_Tehlukesizlik_Merkezi_sade_parollardan_istifade_etmemeyi_tovsiye_edir-826446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR