Sarkisyanın uşaqbazlığı (FOTO)

Sarkisyanın uşaqbazlığı (FOTO)
18:01 21 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Serj Sarkisyanın Gümrüdə rus əsgəri Valeri Permyakovun törətdiyi qətlə laqeyd qalması Ermənistanda ciddi narahatlıq doğurur.

ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan hətta Avestisyanlar ailəsinin 6 aylıq 7-ci qurbanının da ölümünə reaksiya verməyib.

“Dövlət başçısı bu günlərdə Gümrüyə getməyi də özünə rəva görməyib və rus əsgər Valeri Permyakovun ünvanına bir kəlmə tənqid də səsləndirməyib. Halbuki, onun özü, ən azından, atadır…”,- deyə erməni mətbuatında vurğulanır.
Buna görə də, erməni mətubatı Serj Sarkisyanın erməni uşaqlarla kütləvi şəklini dərc edərək, istehza ilə bunu “uşaqbazlıq” kimi dəyərləndirib.



Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR