“Ermənistan mövcud “status-kvo”nu saxlamaqda maraqlıdır” - Prezident

“Ermənistan mövcud “status-kvo”nu saxlamaqda maraqlıdır” - Prezident
18:04 21 Yanvar 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir”.

 

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleriAngela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə bəyan edib.

 

Prezident İ. Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb.

 

BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR