Rəsmi Bakı: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik”

Rəsmi Bakı: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik”
18:04 21 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

“Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay Bakıda keçiriləcək

 

 

“Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub”.

 

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb.

 

“Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”, - deyə prezident vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR