Əfsanəvi basketbolçu polis oldu (FOTO)

Əfsanəvi basketbolçu polis oldu (FOTO)
18:06 21 Yanvar 2015
106 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi basketbolçu Şakil O Nil ABŞ-ın Florida ştatında könüllü polis olaraq çalışacaq.

ANS PRESS-in məlumatına görə, Amerika Basketbol Liqasında (NBA) 4 dəfə (2000, 2001, 2002, 2006) çempionluq yaşayan sabiq basketbolçu sentyabr ayında könüllü polis olmaq üçün müraciət edib. O Nil Florida ştatının Doral şəhərində təşkil edilən andiçmə mərasimi ilə polis olmaq üçün addım adıb.

Floridada yaşayan O Nil 2,16 metr boyunda və 147 kilo ağırlığındadır. Məşhur basketbolçunun 1,57 metrlik sevgilisi Nikole Aleksander ilə əl-ələ çəkilmiş fotosu isə "unudulmaz fotolar" arasına daxil olub.

Qeyd edək ki, Şakil O Nil Olimpiya çempionu, Dünya çempionu, Milli Basketbol Assosiasiyasının (MBA) dördqat çempionu, pley-off üzrə üç dəfə ən yaxşı idmançı olub. O, 15 dəfə MBA-nın bütün ulduzlarının görüşündə iştirak edib.

Basketbolçunun karyerasının zirvəsi – iki əsrin qovşağında dünyanın ən güclü basketbol komandası sayılmış “Los-Anceles Leykers” (1996-2004) klubunda çıxışı olub. Şakil həmçinin “Mayami Hit”, “Finiks Sanz”, “Klivlend Kavalyerz” və “Boston Seltiks” klublarında çıxış edib.

Basketbolçu bir neçə realiti–şounun aparıcısı olub, rep üslubunda 4 albom buraxıb, 10 filmdə çəkilib.





















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR