"Qarabağ"ın ürəyi dayanan məşqçisi Bakıya qayıdır

"Qarabağ"ın ürəyi dayanan məşqçisi Bakıya qayıdır
18:07 21 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi "Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya işgüzar səfərə yollanmışdı. İdman direktoru Con van Loenin rəhbərliyi altında səfərə çıxan məşqçilər "Ayaks", PSV, "Utrext" kimi klubların futbol akademiyalarında olub. 


Fanat.az xəbər verir ki, onlar bu gün vətənə qayıdacaq. Amsterdam-İstanbul-Bakı reysi ilə vətənə qayıdan məşqçilər hazırda İstanbuldadı.


"Qarabağ"ın U-17 komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin Hollandiyada səfəri zamanı səhhətində problem yarandığını və əməliyyat keçirdiyini xəbər vermişdik. Artıq mütəxəssisin səhhəti yaxşıdı və Bakıya qayıdacağı tarix də məlum olub. Belə ki, məşqçi yanvarın 23-ü Bakıya qayıdacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-uryi-dayanan-mqcisi-bakya-qaydr-t17675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR