ABŞ-ın Hyuston Universitetinin nümayəndələri M.V.Lomonosov adına MDU-nun Bakı filialında olublar

ABŞ-ın Hyuston Universitetinin nümayəndələri M.V.Lomonosov adına MDU-nun Bakı filialında olublar
18:08 21 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə ABŞ-ın Hyuston Universitetinin rektoru Renu Xaturun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
BANM-dən AzərTAc-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, “ADA” Universiteti və Bakı Dövlət Universitetində nümayəndə heyəti ilə görüşlər keçirilib.
Nümayəndə heyəti, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva ilə görüşüb. Görüşdə bu ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Rektor Nərgiz Paşayeva Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğulayıb.
R.Xatur fəaliyyət istiqamətləri baxımından universitetlər arasında birgə əməkdaşlıq üçün geniş imkanların olduğunu, bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR