Azad Azərbaycan - 14 il (VİDEO)

Azad Azərbaycan - 14 il (VİDEO)
23:26 25 Dekabr 2014
73 Digər
Ölkə mətbuatı
A- A+

Azad Azərbaycan televiziyasının bu gün 14 yaşı tamam olur.

ANS TV-nin məlumatına görə, 2000-ci ildən fəaliyyətə başlayan ATV televiziya məkanında əyləncəli verilişləri, maarifləndirici tok-şouları ilə seçilir. Amma hər bir televiziyada olduğu kimi burda da əsas xətti xəbərlər təşkil edir. Ona görə də reportajımızı hazırlayarkən ATV xəbərin redaksiyasında olduq.

ATV Xəbərin aparıcısı Lalə Azərtaşlı bu kanalda işlədiyinə görə xöşbəxt olduğunu dedi: “İstər yaşlı, istər cavan nəsil, istərsə də balacalar olsun Azad Azərbaycan ATV kanalı hər kəsin zövqunə oxşamağı bacarır. ATV kanalı maarifləndirir, əyləndirir, könülləri oxşayır, ürəkləri canlandırır. Biz ona görə də ən sevilən, seçilən kanallardan biriyik”.

Artıq 12 ildir ATV də çalışan İlkin Fikrətoğlu deyir ki, gəncliyinin böyük bir hissəsi bu kanalla bağlıdır.

“Günün əksər hissəsini demək olar ki, məhz burada keçiririk. Burada yaxşı dostlar və yoldaşlar qazanmışam”.

ATV Xəbərin ad günü ovqatı işə mane olmurdu. Hər kəs öz işinin başında axşam efirinə hazırlaşırdı. Həmişə iş başında əziz həmkarlar. Uğurlarınız bol olsun!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=316334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR