Merkel: “Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüflənirik”

18:17 21 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:15 ]

Berlin. Fuad Qulubəyli - APA. “Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini yaxından izləyir, bu kontekstdə aparılan danışıqları dəstəkləyirik”.

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel bu gün prezident İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi və Avropa ölkələrinin bununla bağlı Ermənistana təzyiq etməməsi barədə suallara cavab olaraq A. Merkel onu da bildirib ki, bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

 

Merkel son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüfləndiyini bildirib. O, Rusiya və Ermənistanın bəzi məsələləri birgə həyata keçirdiklərini də qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR