Lerik şəhərində sosial məsələlərin həllinə diqqət artırılıb

18:23 21 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Lerik, 21 yanvar, Bağır Əliyev, AzərTAc
Lerik Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, QHT-lərin və KİV-lərin təmsilçilərinin, bələdiyyə üzvlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri toplantıda rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kaməddin Məstiyev 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Qeyd edilib ki, ötən il regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik şəhərində bir sıra infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda sosial məsələlərin həllinə diqqət artırılıb. Şəhərin küçə və xiyabanlarında yeni istinad divarları, səkilər inşa edilib, işıqlandırma sistemi quraşdırılıb, ərazidə yol genişləndirilib, yeni tikilmiş divarlar aqlay daşlarla üzlənib, park və xiyabanlarda bəzək ağacları, gül kolları əkilib. Ötən il şəhərdəki uşaq bağçasının binası və şəhər 3 nömrəli tam orta məktəbinin dam örtüyü əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik yeni uşaq bağçasının tikintisində isə işlər sürətlə davam etdirilir.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə Lerik şəhərində “Azercell ekspress”in ofisi üçün bina, iş adamları tərəfindən şadlıq sarayı, ticarət və iaşə obyektləri inşa edilib.
Lerik şəhər ərazi icra nümayəndəsi, eyni zamanda, şəhərin abadlığına, səliqə-sahmanına cavabdeh olan xidmət təşkilatlarında görülmüş işlər, əldə olunmuş nailiyyətlər və yol verilmiş nöqsanları da diqqətə çatdırıb.
Hesabat yığıncağında çıxış edənlər 2014-cü ildə Lerik şəhərində sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söhbət açaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerik_seherinde_sosial_meselelerin_helline_diqqet_artirilib-826461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR