ÇPA-da əməliyyat müşavirəsi keçirilib

18:27 21 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:26 ]


Bakı. Fuad Cəfərov - APA. Yanvarın 21-də Çevik Polis Alayında (ÇPA) 2014-cü il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

 

Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov mərhum prezident  Heydər Əliyevin müəllifi olduğu siyasi kursun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ötən il ərzində uğurla davam və inkişaf etdirilməsi nəticəsində xalqımızın rifah halının, ölkəmizin beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu nəzərə çatdırıb.

 

Nazir cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər ÇPA-nın peşəkarlıq və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində böyük rol oynadığını qeyd edib.

 

Ötən il görülmüş işlər və əldə olunmuş nəticələr barədə ÇPA komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, əsas diqqət vətəndaşların üzləşdikləri problemlərin operativ həllinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında qurulmasına, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, nizam-intizamının gücləndirilməsinə yönəldib. Həvalə olunmuş vəzifələrin effektli yerinə yetirilməsi üçün paytaxtın küçələrində və digər ictimai yerlərdə cinayət və hadisələrin dinamikası mütəmadi izlənilib, Bakı şəhər Baş Polis İdarəsi ilə birgə vahid dislokasiya planları tərtib olunaraq icra edilib. Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı da asayiş nümunəvi qorunub. DİN rəhbərliyinin tapşırığına əsasən, bu sahəyə cəlb edilən qadın əməkdaşlar da xidməti vəzifələri layiqincə yerinə yetiriblər.

 

Müşavirəyə yekun vuran daxili işlər naziri ÇPA-nın şəxsi heyətinin ötən hesabat ilindəki fəaliyyətinin yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR