Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
18:33 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AzərTAc-a bildiriblər ki, hərracda 1 birja üzvü iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon 002 min 700 olub. Sifariş 99.9220 faiz (gəlirlik 1 faiz) qiymətində təqdim edilib.
Hərrac emitent tərəfindən baş tutmamış hesab olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qisamuddetli_notlarin_yerlesdirilmesi_uzre_herrac_kechirilib-826464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR