Angela Merkel Almaniyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək niyyətində olduğunu bəyan edib

18:37 21 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:32 ]

Berlin. Fuad Qulubəyli - APA. “Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur”.

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel bu gün prezident İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Azərbaycan-Almaniya münasibətləri barədə sualları cavablandıran A. Merkel deyib ki, Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər.

 

Federal kansler onu da deyib ki, iki ölkə münasibətləri ilə bağlı Azərbaycan prezidenti ilə eyni fikirdədirlər: “Münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindəyik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR