Yoxa çıxan azərbaycanlı müğənni danışdı: "Anam rəhmətə gedəndən sonra..."

Yoxa çıxan azərbaycanlı müğənni danışdı: "Anam rəhmətə gedəndən sonra..."
18:39 21 Yanvar 2015
400 Şou
Ölkə mətbuatı
A- A+

Xeyli müddətdir sənətdən uzaq düşən müğənni Talıb Taleh mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçı tədbirdə söz və musiqisi özünə məxsus olan “Bilirsənmi” mahnısına çəkilmiş klipi mediaya təqdim edib.

 

Əvvəlcə Nicat Zeynallının ekranlaşdırdığı klipdən danışan T.Taleh bildirib ki, ekran əsərində əməkdar artist Səlim Abbasov özünü aktyor kimi sınayıb: “Dahi ustad Aşıq Ələsgərin nəslindən olduğumu hər zaman gizlətmişəm. Amma bilənlər bilirdi ki, mən onun kötücəsiyəm. Lakin bununla özümə reklam etmək istəməmişəm. Çalışmışam ki, yaradıcılıq işlərimlə gündəmdə olum. Bir müddət əvvəl anam rəhmətə getdi və bu itki məndə ruh düşkünlüyü yaratdı. Uzun zaman depressiyadan çıxa bilmədim, çətinliklə özümə gəldim. Yoxa çıxmışdım, amma özümdə güc topalayıb, bu gün yeni klipimi təqdim etdim. Klipdə tərəf müqabilim əməkdar artist Səlim Abbasovda rol alıb. Düşünürəm ki, bəyəniləcək. İşlərim bununla bitməyəcək. Artıq yeni həvəslə işlərimə başlamışam”.

 

T.Talehdən sonra klipdə rol alan skripkaçı S.Abbasov təəssüratlarını dilə gətirib: “Sənətçi dostumu təbrik edirəm. Klipdə mən də rol almışam. Rejissordan xahiş etdim ki, məni kadra çox almasın. Yaxşı bir iş ərsəyə gəldiyinə inanıram. Ümumiyyətlə incəsənət aləmində olan insan talantlı olmalıdır. Gələcəkdə lazım gələrsə, özümü aktyor kimi də sınaya bilərəm”.

 

Xatırladaq ki, tədbirdə T.Talehin “Bilirsənmi” adlı klipdən savayı “Darıxmış” adlı klipi də təqdim olunub.

 

Qeyd edək ki, prodüser Təranə Səmədovanın aparıcılığı ilə baş tutan təqdimata tanınmışlardan əməkdar artist Səlim Abbasov, müğənnilərdən Miri Yusif, Uzeyir Mehdizadə, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, “Cahan” qrupu, “Sevən ürəklər” qrupu, Coşqun Viləş, prodüser Təranə Səmədova, aşıq Əli, dj-Roşqa və başqaları iştirak edib.

 








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR