İlham Əliyev: “Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”

İlham Əliyev: “Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”
18:44 21 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

“Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”.

 

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib: “Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR