Poroşenkodan şok iddia

Poroşenkodan şok iddia
18:56 21 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Daha 2 min Rusiya əsgəri sərhədi keçərək Ukraynaya daxil olub.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

Ukrayna prezidenti “Bloomberg Europe TV”yə verdiyi müsahibəsində Rusiya ordusuna məxsus hərbi texnikanın ölkəsinə daxil olduğunu deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun təxminən 8 min əsgəri separatçılar tərəfdən Ukraynaya qarşı döyüşür.

Qeyd edək ki, son günlər separatçılar Ukrayna üçün starteji əhəmiyyət daşıyan Mariupol şəhərinə hücuma keçib. Tərəflər arasında intensiv döyüşlər gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR