Rövnəq Abdullayev gürcü baş nazirlə görüşdü

Rövnəq Abdullayev gürcü baş nazirlə görüşdü
00:06 26 Dekabr 2014
98 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüş ARDNŞ-nin 2014-cü ildə Gürcüstandakı işlərinin nəticələrinə həsr olunub.

Tərəflər görüşdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının gedişini müzakirə ediblər. Qeyd edilib ki, bu layihədə Gürcüstana əsas tranzit ölkə qismində baxılır. Layihənin reallaşdırılmasına 2014-cü ilin sentyabrında başlanılıb.

Görüşdə ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn də iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR