"Xəzər Lənkəran" rumınlara qarşı (CANLI YAYIM)

"Xəzər Lənkəran" rumınlara qarşı (CANLI YAYIM)
19:11 21 Yanvar 2015
205 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 4-cü yoxlama oyununu keçirilir.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədovun komandasını Rumıniya klubu ilə oyunda sınayır.

Belə ki, "Xəzər Lənkəran"ın rəqibi "Universitatya" (Krayova) klubudur. Oyun artıq başlayıb.

Qeyd edək ki, "Universitatya" futbol klubu 2013-cü ildə yaradılıb. 2013/14 mövsümündə birinci liqada çempion olan komanda güclülər dəstəsinə çıхıb. Emil Sandoyun başçılıq etdiyi Krayova təmsilçisi qış fxasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.

"Xəzər Lənkəran" bundan əvvəl Antalyada "Təkirdağ"la (Türkiyə) "sülh" bağlayıb (2:2), "Çemnitzer"ə (Almaniya) 0:2, "Metallurq"a (Zaporojye, Ukrayna) 1:3 hesabı ilə yenilib. "Ağ-yaşıllar" son yoхlama matçını yanvarın 25-də "Taraz"a (Qazafxıstan) qarşı keçirəcək.

Antalya
Yoxlama oyunu
21 yanvar

19.00 Xəzər Lənkəran (Azərbaycan) - Universitatya (Rumıniya)
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
"Papillon Futbol Mərkəzi"nin stadionu.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR