İşsiz fəhlələr qeyri-adi aksiya keçirdi

İşsiz fəhlələr qeyri-adi aksiya keçirdi
00:16 26 Dekabr 2014
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bosniyada işlədikləri zavodlar bağlanmış və maaşlarını 1 ildən çox ala bilməyən 200 yaxın insan iş tapmaq məqsədilə qonşu Xorvatiyaya kütləvi yürüşə başlayıb.

ANS PRESS-in məlumatına görə, Bosniyanın müsəlman şəhəri olan Tuzladan çıxan fəhlələr Xorvat sərhədinə kimi 77 kilometr piyada qət etməli olacaq. İşsizliyin həddindən çox olduğu Bosniya ilə müqayisədə Xorvatiyayda həyat səviyyəsi daha yüksəkdir, üstəlik qonşu dövlət Avropa Birliyi üzvüdür.

Dünən Orasye şəhərinə çatan yürüş iştirakçıları fasilə etməyi qərara alıb, Qırmızı Xaç komitəsinin əməkdaşları yol boyu üzülmüş fəhlələrə çay paylayıb. 20 il əvvəl Bosniya kapitalizm və bazar iqtisadiyyatına daxil olan zamanda dövlətin balansında olan zavod-fabriklər özəlləşdirilsə də, onların çoxu iflasa uğrayıb.

Bosniyada mövcud əmək məcəlləsi işçilərin əsas olmadan ixtisarını mümkünsüz edir, ona görə də zavodlar və iri müəssissələrin iki əlacı qalır, ya fəaliyyəti dayandırmaq, ya da ki, işçilərin maaşını yubadmaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR