Muzeydə saxlanılan əskinaslar

Muzeydə saxlanılan əskinaslar
19:12 21 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzi 1979-cu ildən bəri fəaliyyət göstərir. Bu illər ərzidə Elmi Mərkəz bir çox sahələrdə uğurlu araşdırmalara nail olub. Son zamanlar isə yeni sahələr üzrə tədqiqatlara başlanılıb.
 
"Kanal S" (Region TV) xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində yaradılan muzeydə əmək alətləri, toxucu dəzgahlar, xalça kimi maddi mədəniyyət nümunələri ilə yanaşı tarixi əskinaslar da saxlanılır. Mərkəzin "Folklor və el sənətləri" laboratoriyası tərəfindən toplanan əskinaslar isə əsasən yeni dövrə aiddir. 25 il ərzində muzeydə 100-ə yaxın əskinas toplanıb. Onlar arasında Azərbaycan Xalq Cümhuriyyəti və Çar Rusiyası dövrünə aid pullar var.

Hazırda Elmi mərkəzin Numizmatika laboratoriyası olmasa da, tarixin araşdırlması və qorunub saxlanılması üçün yaradılan muzeyin daha da genişləndirilməsi nəzərdə tutulur. Qurumun əməkdaşları gələcəkdə Azərbaycanda numizmatika muzeyinin yaradılacağına ümid edilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR