Çernobıl əlilindən şikayət (VİDEO)

Çernobıl əlilindən şikayət (VİDEO)
00:31 26 Dekabr 2014
111 Digər
Ölkə mətbuatı
A- A+

1986-ci ilə qədər 26 aprel tarixi hamı üçün sıradan adi günlərdən biri idi. Amma 28 il əvvəl Ukraynanın paytaxtı Kiyev şəhərinin yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasında baş verən partlayış 7 minə yaxın insanın həyatına xitam verdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla göndərilən 7 min azərbaycanlılardan biri də Etibar Baxşiyev olub. İndi onu narahat edən məqamlar var. Belə ki, Çernobıl əlilləri üçün ayrılmış imtiyazdan tam yararlana bilmədiyini iddia edir.

“1985-də Ukraynaya getmişəm 1 il sonra Çernobıl partlayıb. 6 ay da xidmət eləmişəm. Bura gələndən sonra 20 yaşında bizə 2-ci qrup əlil verdilər”.

Etibar Baxşiyev elə o vaxtdan ömürlük 2-ci qrup əlillik dərəcəsi alır. O, deyir ki, bu günə qədər əlillərə göstərilən qayğı və diqqətdən kifayət qədər yararlanmayıb. Hətta mənzillə də təmin edilməyib. Səbəbi isə qaranlıqdır.

“Dedilər ki, get sənəd gətir. Sənədləri yığdım gətirdim. Orada həkim mənə dedi ki, sənə düşmür. Səbəbini soruşdum. Deyir ki, nə vaxtsa nazirlikdə dəyişiklik olacaq onda sizə düşər” - deyə Etibar Baxşıyev bildirdi.

Etibar Baxşıyev bununla əlaqədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Faktla bağlı araşdırma aparan qurumun əlillərin sosial müdafiəsi, siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirdi ki, ölkədə 5200 Çernobıl əlili var və bu o demək deyil ki, onların hamısına maşın düşür.

Avtomobilə tibbi göstərişin müəyyən edilməsi Nazirlər Kabinetinin müvafiq əsasnaməsi əsasında aparılır. Bunu da şöbə müdiri bildirdi:

“Hazırda ona verilmiş qərar əsaslıdır. O mənada ki, ona təqdim olunmuş rəydə göstərilən diaqnoz öz əksini tapmır. Avtomobilə tibbi göstərişin olması üçün 28 bənddən ibarət olan bəndlərə uyğun gəlmir. Əllilik avtomobili reabilatsiya vasitələrindən biri olduğu üçün onlara da bu bəndlərdən hansı uyğun gəlirsə, ona müvafiq olaraq da avtomobilə tibbi göstəriş haqqında rəy verilir”.

Saday Abdullayev şikayətçini yenidən təkrar müayinəyə dəvət etdi. Bu dəfə dəqiq yoxlanışdan sonra ona avtomobilin düşüb-düşməməsinə son qərar veriləcək. Odur ki, Etibar Baxşıyev sənədlərini yığaraq vaxt itirmədən yenidən nazirliyə müraciət etsin.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=316336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR